Patrik Vieyra Premyer Liqa klubu ilə anlaşıb

Patrik Vieyra Premyer Liqa klubu ilə anlaşıb
# 29 iyun 2021 15:52 (UTC +04:00)

“Kristal Pelas”ın yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu barədə “Skysports” nəşri xəbər yayıb.

Bildirilib ki, “Arsenal”ın əfsanəvi kapitan Patrik Vieyra Premyer Liqa klubunun sükanı arxasına keçməyə razılıq verib. Lüsyen Favrla danışığı son anda alınmayan “Kristal Pelas” rəhbərliyi fransalı Vieyra ilə ortaq məxrəcə gəlib.

Hələlik rəsmi sözləşmə imzalanmasa da, yaxın müddətdə hər hansı bir dəyişiklik olmasa, 45 yaşlı mütəxəssislə münasibətlər rəsmiləşəcək.

Qeyd edək ki, Patrik Vieyra 2018-2020-ci illərdə “Nitsa”ya rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR