Paulo Dibala Mişel Platinini geridə qoyub

Paulo Dibala Mişel Platinini geridə qoyub
# 03 noyabr 2021 09:11 (UTC +04:00)

Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Zenit” üzərində 4:2 hesablı qələbə qazanan “Yuventus” 1/8 finala vəsiqəni təmin edib.

Apasport.az saytının məlumatına görə, Turindəki qarşılaşma “qoca sinyora”nın hücumçusu Paulo Dibala üçün əlamətdar olub.

Matçda dubla imza atan argentinalı hücumçu “Yuve”nun sabiq futbolçusu Mişel Platinini geridə qoyub. Bununla qollarının sayını 106-ya çatdıran Dibala əfsanəvi fransalını qabaqlayıb. Platininin aktivində İtaliya klubunun heyətində 104 qolu var.

Qeyd edək ki, H qrupunda yer alan “Yuventus” ilk 4 turda 12 xal qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR