Portuqaliya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Portuqaliya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb
# 26 avqust 2021 15:01 (UTC +04:00)

DÇ-2022-də Azərbaycan yığması ilə eyni qrupda yer alan Portuqaliya millisinin heyəti açıqlanıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Fernandu Santuş sentyabrda keçiriləcək oyunlar üçün futbolçuların adlarını mətbuat konfransında elan edib.

O, İrlandiya ilə ev, Azərbaycanla səfər matçında güvənəcəyi oyunçuları dəqiqləşdirib. Bu matçlar sentyabrın 1-də və 7-də keçiriləcək. Portuqaliyalılar həmçinin bu heyətlə ayın 4-də Qətərə qarşı yoxlama görüşündə qüvvəsini sınayacaq.

Qapıçılar: Entoni Lopes, Dioqo Kosta, Rui Patrisio;

Müdafiəçilər: Joao Kanselo, Rikardo Pereyra, Dominqos Duarte, Qonsalo İnaçio, Pepe, Ruben Dias, Nuno Mendes, Rafael Gereyro;

Yarımmüdafiəçilər: Joao Palinya, Danilo Pereyra, Ruben Neves, Bruno Fernandes, Joao Mario, Joao Moutinyo, Otavio Monteyro, Bernardo Silva;

Hücumçular: Kriştiano Ronaldo, Andre Silva, Dioqo Jota, Qonçalo Qedeş, Pedro Qonçalveş, Rafa Silva.

Qeyd edək ki, Azərbaycan – Portuqaliya oyunu Bakıda baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR