Portuqaliyada bir komandanın 13 futbolçusunda "Omicron" ştammı aşkarlanıb

Portuqaliyada bir komandanın 13 futbolçusunda "Omicron" ştammı aşkarlanıb
# 29 noyabr 2021 14:58 (UTC +04:00)

Portuqaliyada bir futbol komandasının 13 üzvündə COVID-19-un "Omicron" ştammı aşkarlanıb.

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, Lissabonun "Belenenses SAD" komandasının 13 oyunçu və heyət üzvləri koronavirusunun yeni ştammına yoluxub.

Bildirilib ki, komandanın oyunçularından biri bu yaxınlarda Cənubi Afrikadan səfərdən qayıdıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR