“Qalatasaray” Henri Onyekurunun icarə müddətini artırır

“Qalatasaray” Henri Onyekurunun icarə müddətini artırır
# 21 iyun 2021 11:18 (UTC +04:00)

Türkiyənin “Qalatasaray” klubu Henri Onyekurunu heyətində saxlamaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi “Monako”ya məxsus hücumçunun icarə müddətini artırmaq istəyir.

Nigeriyalı forvard ötən qış İstanbul klubuna qoşulub. “Sarı-qırmızılar” icarə müqaviləsinə Onyekurunun sonradan transfer olunması öhdəliyini də daxil etmək fikrindədir.

Qeyd edək ki, müxtəlif vaxtlarda “Qalatasaray”da çıxış edən hücumçu Super Liqada 55 oyunda 20 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR