“Qalatasaray” Arda Turanla bağlı qərarını verib

“Qalatasaray” Arda Turanla bağlı qərarını verib
# 26 iyun 2021 10:49 (UTC +04:00)

“Qalatasaray”ın futbolçusu Arda Turanın taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi sevimli komandasındakı çıxışını davam etdirəcək.

Fatih Terim baş məşqçi postunda qaldıqdan sonra Ardanın da qalmasını istəyib. Futbolçu ilə bununla bağlı danışıqlar müsbət nəticələnib. Türkiyə millisinin sabiq üzvü tezliklə “cim-bom”la 1+1 il formatında müqavilə imzalayacaq.

Qeyd edək ki, “Qalatasaray”ın yetirməsi olan Arda Turan ötən il yenidən “sarı-qırmızılılar”a qayıdıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR