“Qalatasaray” “Arsenal”ın futbolçusunu istəyir

“Qalatasaray” “Arsenal”ın futbolçusunu istəyir
# 20 noyabr 2021 11:11 (UTC +04:00)

“Arsenal”ın yarımmüdafiəçisi Məhəmməd el-Neni karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az saytının “Sun” nəşrinə istinadən məlumatına görə, 29 yaşlı futbolçu “Qalatasaray”ın maraq dairəsindədir.

“Cim-bom”un baş məşqçisi Fatih Terim misirli orta sahə oyunçusunu sərəncamında görmək istəyir. İstanbul təmsilçisi yay fasiləsində reallaşdıra bilmədiyi keçidi yanvarda həyata keçirmək niyyətindədir.

Qeyd edək ki, Məhəmməd el-Neni bu mövsüm “Arsenal”ın heyətində 4 oyun keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR