"Qalatasaray" avtoqolla "Latsio"ya qalib gəlib

"Qalatasaray" avtoqolla "Latsio"ya qalib gəlib
# 17 sentyabr 2021 00:41 (UTC +04:00)

Türkiyənin “Qalatasaray” klubu avrokuboklarda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi Avropa Liqasında qrup mərhələsinə start verib.

E qrupunda yer alan Fatih Terimin yetirmələri evdə İtaliya “Latsio”su ilə qarşılaşıb. Matçın taleyini avtoqol həll edib.

Qonaqların futbolçusu Tomas Strakoşa 67-ci dəqiqədə topu öz qapısından keçirib. Bu, “Qalatasaray”a 1:0 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, qrupun I turdakı digər matçında Rusiya “Lokomotiv”i Fransa təmsilçisi “Marsel”lə görüşüb. Bu oyunda qollu heç-heçə qeydə alınıb – 1:1.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR