“Qalatasaray” daha iki əcnəbini yola salır

“Qalatasaray” daha iki əcnəbini yola salır
# 28 oktyabr 2021 11:57 (UTC +04:00)

Mövsümün əvvəlində heyətini gəncləşdirən “Qalatasaray” bu prosesi qış fasiləsində də davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi yanvarda daha iki futbolçunun yola salınması üçün danışıqlar aparacaq.

“Cim-bom” Radamel Falkaodan sonra Sofian Fequli və Rayan Babellə də vidalaşmağın yollarını axtarır. Yay fasiləsində alacağının 40 faizindən imtina edən və 3 milyon avroluq təzminatla yola salınan Radamel Falkaodakı kimi, Fequli və Babelə də eyni təklif ediləcək. İllik məvacibi 3,8 milyon avro olan Fequli və maaşı 2,5 milyon avro təşkil edən Babeldən yarım mövsümlük əməkhaqqısından imtina etməsi istəniləcək.

Qeyd edək ki, bu mövsüm Rayan Babel 17 oyunda 1 assist, Sofian Fequli isə 12 matçda 2 qola imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR