“Qalatasaray” evdə qələbəni əldən verib

“Qalatasaray” evdə qələbəni əldən verib
# 04 noyabr 2021 23:40 (UTC +04:00)

“Qalatasaray” Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu IV turda Moskva “Lokomotiv”ini qəbul edib.

İstanbuldakı görüşdə Sofian Fequli 43-cü dəqiqədə hesabı açıb. Buna baxmayaraq, ruslar 73-cü dəqiqədə Françios Komaninin qolu sayəsində status-kvonu bərpa edib – 1:1.

Fatih Terimin yetirmələri evdə qələbəni əldən verməsinə baxmayaraq, həm məğlubiyyətsiz oyunlar seriyasını, həm də E qrupunda 8 xalla liderliyini davam etdirib. “Lokomotiv” isə 2 xalla qrup sonuncusudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR