"Qalatasaray" Falkaonun müqaviləsinə rəsmən xitam verib

"Qalatasaray" Falkaonun müqaviləsinə rəsmən xitam verib
# 01 sentyabr 2021 08:18 (UTC +04:00)

“Qalatasaray” 1 illik sövdələşməsi olmasına baxmayaraq, maliyyə məsələsi səbəbindən Radamel Falkao ilə müqaviləsinə xitam verib. 35 yaşlı hücumçu La Liqa komandası olan “Rayo Valyekano” ilə müqavilə imzalayıb.

APA “Hürriyet”ə istinadən xəbər verir ki, sarı-qırmızılı komandada istədiyi performansı göstərə bilməyən kolumbiyalı hücumçu ilə klubun yolları rəsmən ayrılıb.

“Qalatasaray” Radamel Falkaonun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.

İspaniya mətbuatında yer alan xəbərə görə, “Rayo Valyekano” Radamel Falkao ilə 1+1 illik müqavilə imzalayıb.

Sarı-qırmızılılardan 5 milyon avro zəmanət alan Falkaonun maaşının bir hissəsini “Qalatasaray” ödəyəcək.

İspaniya La Liqasında və paytaxt Madrid klubunda mübarizə aparan “Rayo Valyekano” bu mövsüm 3 rəsmi matçda 3 xal qazanıb.

2022 Dünya Kuboku seçmə mərhələsində Kolumbiya tərəfindən dəvət alan 35 yaşlı hücumçu daha əvvəl “Atletiko Madrid” formasında La Liqada iki mövsümdə 52 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR