“Qalatasaray” Layven Kurzavanı icarəyə götürür

“Qalatasaray” Layven Kurzavanı icarəyə götürür
# 13 iyul 2021 17:14 (UTC +04:00)

Türkiyənin “Qalatasaray” klubunun heyətinə qatmaq istədiyi müdafiəçinin adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi Layven Kurzavanın xidmətində maraqlıdır.

Super Liqa klubu Fransa PSJ-sinin futbolçusunu icarəyə götürməyi planlaşdırır. Artıq bununla bağlı Paris təmsilçisinə rəsmi müraciət də olunub.

Liqa1 klubu da müdafiəçisinin “Qalatasaray”a icarəyə verilməsinə razılaşıb. Amma PSJ futbolçunun maaşının tam olaraq türkiyəlilər tərəfindən ödənilməsi şərtini irəli sürüb.

Qeyd edək ki, Kurzava “Çelsi”nin də transfer siyahısında da yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR