“Qalatasaray” MOİK-in futbolçusunu istəyir

“Qalatasaray” MOİK-in futbolçusunu istəyir
# 15 noyabr 2021 17:44 (UTC +04:00)

Moskva MOİK-inin yarımmüdafiəçisi Yaka Biyol karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı sloveniyalı futbolçunun xidmətində “Qalatasaray” maraqlıdır.

İstanbul təmsilçisi qış fasiləsi ərəfəsində oyunçunun nümayəndələri ilə əlaqə saxlamaq niyyətindədir. Hətta Biyolun da “cim-bom”a keçməyə hazır olduğunu bildirib. Mövsümün əvvəlində “Famalikano”dan icarəyə götürülən Qustavo Assunçaonun ümidləri doğrultmaması “Qalatasaray”ı bu transferə vadar edir.

Qeyd edək ki, 2018-ci ildən MOİK-in formasını geyinən Yaka Biyol bu mövsüm Premyer Liqada keçirdiyi 14 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR