“Qalatasaray” səfərdə “Lokomotiv”ə qalib gəlib

“Qalatasaray” səfərdə “Lokomotiv”ə qalib gəlib
# 22 oktyabr 2021 00:53 (UTC +04:00)

Türkiyənin Avropa Liqasındakı daha bir təmsilçisi “Qalatasaray” növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, “cim-bom” III tur çərçivəsində Moskvada “Lokomotiv”lə üz-üzə gəlib.

Qarşılaşmanın taleyini 1 qol həll edib. Sona yaxın hesabı açan istanbullular səfər qələbəsinə sevinib. Fatih Terimin yetirmələri 3 turdan sonra 7 xalla qrup liderliyini bir qədər də möhkəmlədib.

Qeyd edək ki, Türkiyənin turnirdəki digər təmsilçisi “Fənərbaxça” bu gün Belçika klubu “Antverpen”lə heç-heçə (2:2) edib.

Avropa Liqası
E qrupu, III tur
“Lokomotiv” – “Qalatasaray” – 0:1

Kerem Aktürkoğlu, 82

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR