"Qalatasaray" Yunanıstanda xoşagəlməz hadisə ilə üzləşib

"Qalatasaray" Yunanıstanda xoşagəlməz hadisə ilə üzləşib
# 12 iyul 2021 22:44 (UTC +04:00)

"Qalatasaray" klubu xoşagəlməz hadisə ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, təlim-məşq toplanışı üçün Yunanıstana yollanan Türkiyə təmsilçisinə qarşı hörmətsizlik edilib.

"Cim-bom" "Olimpiakos"la yoxlama görüşü üçün getdiyi Afinadakı hava limanında bir müddət gözlətdirilib. Daha sonra yenidən koronavirus testi tələb edilsə də, "sarı-qırmızılılar" buna qarşı çıxıblar. Aeroport əməkdaşları problem yaratmaqda davam edincə, "Qalatasaray" vətənə qayıtmaq qərarına gəlib.

Hadisə ilə bağlı bəyanat yayan "Qalatasaray" qarşı tərəfin ayrıseçkiliyə yol verdiyini vurğulayıb və Yunanıstanın səlahiyyətli orqanlarından Türkiyədən üzr istəməyi tələb edib.

Qeyd edək ki, Azərbaycanı Çempionlar Liqasında təmsil edən "Neftçi" Tbilisi "Dinamo"sunu mübarizədən kənarlaşdırsa, II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində iyulun 21-də Yunanıstanda "Olimpiakos"la qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR