“Qalatasaray”ın Avropa Liqasında potensial rəqibi bilinib

“Qalatasaray”ın Avropa Liqasında potensial rəqibi bilinib
# 02 avqust 2021 15:14 (UTC +04:00)

“Qalatasaray”ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu gün keçirilən püşkatmadan sonra Türkiyə klubunun qrupa vəsiqə yolunda son rəqibinin adına aydınlıq gəlib.

III raundda “Sent-Conston”la qarşılaşacaq istanbullular Şotlandiya təmsilçisinə qalib gələcəyi təqdirdə, pley-offda Danimarka klubu “Randers”lə üz-üzə gələcək. İlk oyun Danimarkada olacaq.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin matçları 19-26 avqust tarixlərində baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR