"Qalatasaray"ın Çempionlar Liqasında rəqibi müəyyənləşib

"Qalatasaray"ın Çempionlar Liqasında rəqibi müəyyənləşib
# 16 iyun 2021 14:18 (UTC +04:00)

Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, Türkiyənin bu turnirdəki təmsilçilərindən “Qalatasaray”ın rəqibi müəyyənləşib.

Super Liqada mövsümü ikinci pillədə başa vuran İstanbul təmsilçisi püşkatma zamanı Liqa yolunda səpələnməmişlər sırasında olub. İsveçrənin Nyon şəhərində atılan püşkün nəticəsinə görə, “cim-bom” bu raundda PSV-yə (Niderland) rəqib olub. Bu komandalar arasında ilk oyun səfərdə keçiriləcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin oyunları 20-21 və 27-28 iyul tarixlərində baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR