“Qalatasaray”ın sabiq prezidentinin beynində şiş aşkarlanıb

Mustafa Cengiz

© APA | Mustafa Cengiz

# 11 avqust 2021 14:36 (UTC +04:00)

“Qalatasaray”ın sabiq prezidenti Mustafa Cengizin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, tibbi müayinədən keçən 72 yaşlı M. Cengizin səhhətinin ürəkaçan olmadığı açıqlanıb.

Dünən xəstəxanaya yerləşdirilən Cengizin beynində şiş aşkarlanıb. Onun gün ərzində beyin radioterapiyasına başlayacağı bildirilib.

Qeyd edək ki, Mustafa Cengiz 2018-ci ilin yanvarından bu ilin iyununa qədər “Qalatasaray”a rəhbərlik edib. O, bu ilin mayında xərçəng xəstəliyi ilə bağlı başından və mədəsindən əməliyyat olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR