“Qalatasaray”ın stadionunun adı dəyişdirilib

“Qalatasaray”ın stadionunun adı dəyişdirilib
# 12 oktyabr 2021 13:50 (UTC +04:00)

“Qalatasaray” yeni sponsorla müqavilə imzalayıb.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu “Timur Şehircilik Planlama AŞ” ilə əməkdaşlığa başlayıb.

5+5 il müddətinə imzalanan saziş “cim-bom”a ümumilikdə 110 milyon dollar qazandıracaq. Bura forma və stadion adı ilə bağlı gəlirlər daxildir.

“Sarı-qırmızılılar”ın stadionunun adına da əlavələr edilərək, dəyişiklik rəsmiləşib. Bundan sonra arena “Ali Sami Yen İdman Kompleksi Nef” stadionu adlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR