“Qalatasaray”ın yeni prezidenti baş məşqçinin adını açıqlayıb

“Qalatasaray”ın yeni prezidenti baş məşqçinin adını açıqlayıb
# 20 iyun 2021 19:34 (UTC +04:00)

“Qalatasaray”ı növbəti mövsümdə Fatih Terim çalışdıracaq.

Apasport.az saytının məlumatına görə, bu barədə klubun yeni prezidenti Burak Elmas açıqlama verib.

O bildirib ki, Fatih Terim sabahdan komanda ilə hazırlıqlara da başlayacaq: “Baş məşqçimizlə görüşdük. Sabah səhərdən komanda ilə evimizdə - Floriyada hazırlıqlara start verəcək. “Qalatasaray”ın baş məşqçisi “Qalatasaray”lı Fatih Terimdir”.

Qeyd edək ki, Elmas bir gün öncə İstanbul təmsilçisinin prezidenti seçilib. Terimin isə komanda ilə müqaviləsi bitmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR