“Qalatasaray”ın yeni prezidenti bəlli olub

“Qalatasaray”ın yeni prezidenti bəlli olub
# 19 iyun 2021 23:48 (UTC +04:00)

Türkiyənin "Qalatasaray" klubunun yeni prezidenti bəlli olub.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin yeni rəhbəri bu gün keçirilən seçkilərdə müəyyənləşib.

Seçkidə 5 namizəd iştirak edib. "Sarı-qırmızılılar"ın 38-ci prezidenti 5 saat davam edən səsvermədən sonra dəqiqləşib.

Daha çox səs toplayan Burak Elmas “Qalatasaray”ın prezidenti seçilib. O, digər namizədlər - Yiğit Şardan, Eşref Hamamcıoğlu, İbrahim Özdemir və Metin Öztürkü arxada qoyub.

Qeyd edək ki, "Qalatasaray"a 2018-ci ilin yanvarından rəhbərlik edən Mustafa Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR