“Qarabağ” avrokuboklarda 8-ci dəfə qrupda oynayacaq

“Qarabağ” avrokuboklarda 8-ci dəfə qrupda oynayacaq
# 27 avqust 2021 00:34 (UTC +04:00)

“Qarabağ”ın avrokuboklardakı uğurlu seriyası davam edir.

Apasport.az saytının məlumatına görə, qitəmiqyaslı turnirlərdəki ən yaxşı təmsilçimiz ardıcıl 8-ci dəfə qrup mərhələsində oynayacaq.

Qurban Qurbanovun yetirmələri bu dəfə yeni yaradılan Konfrans Liqasında 32 komanda sırasına düşüb. Ağdam təmsilçisi 2014/15 mövsümündən başlayaraq daim qrup mərhələsində oynayıb.

“Qarabağ” üç müxtəlif turnirdə qrupa yüksəlməyi bacarıb. Qurbanovun komandası 2017/18 mövsümündə qitənin ən güclülərinin yarışdığı Çempionlar Liqasında əsas raundda mübarizə aparıb.

Ağdamlılar 2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20 və 2020/21 mövsümlərində ikinci dərəcəli klub turnirində - Avropa Liqasında qrupa düşüb. 8-ci cəhd isə yeni yaradılan və 3-cü dərəcəli sayılan Konfrans Liqasında gerçəkləşəcək.

Qeyd edək ki, indiyədək heç bir Azərbaycan klubu qrupdan çıxa bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR