“Qarabağ” Avropanın məğlubedilməz 29 klubu sırasında yer alıb

“Qarabağ” Avropanın məğlubedilməz 29 klubu sırasında yer alıb
# 19 oktyabr 2021 17:48 (UTC +04:00)

Avropada 2021/22 mövsümündə ölkə çempionatını məğlubiyyətsiz davam etdirən yüksək liqa klublarının adları müəyyənləşib.

Apasport.az saytının araşdırmasına görə, daxili birincilikdə 5 və daha çox oyun keçirib, uduzmayan komanda sayı 29-dur.

Ölkəsinin məğlubedilməzləri sırasında Azərbaycan klubu “Qarabağ” da yer alır. Premyer Liqamızın geridə qalan 7 turunda yenilməz olan ağdamlılar yalnız 2 görüşdə heç-heçə ilə kifayətlənməli olub.

Avropanın bəzi ölkələrində mövsüm artıq yekunlaşmaq üzrədir. Onlardan isə yalnız birində - Farer adalarında lider komandanın kürəyini yerə vuran tapılmayıb. “Klaksvik” keçirdiyi 24 matçın 22-də qalib gəlib, 2-də rəqibləri ilə “sülh” bağlayıb.

2021/22 mövsümündə ölkə çempionatlarının məğlubedilməz komandaları:
“Klaksvik” (Farer adaları) - 24 oyun, 22 qələbə, 2 heç-heçə
“Partizan” (Serbiya) - 12 oyun, 11 qələbə, 1 heç-heçə
“Zalsburq” (Avstriya) - 11 oyun, 10 qələbə, 1 heç-heçə
“Srvena Zvezda” (Serbiya) - 11 oyun, 9 qələbə, 2 heç-heçə
“Dinamo” (Kiyev, Ukrayna) - 11 oyun, 9 qələbə, 2 heç-heçə
“Sutyeska” (Monteneqro) – 11 oyun, 9 qələbə, 2 heç-heçə
“Bazel” (İsveçrə) - 10 oyun, 6 qələbə, 4 heç-heçə
TNS (Uels) - 9 oyun, 8 qələbə, 1 heç-heçə
“Ararat” (Ermənistan) - 9 oyun, 8 qələbə, 1 heç-heçə
“Trabzonspor” (Türkiyə) - 9 oyun, 6 qələbə, 3 heç-heçə
“Harts” (Şotlandiya) - 9 oyun, 5 qələbə, 4 heç-heçə
“Ballkani” (Kosovo) - 9 oyun, 4 qələbə, 5 heç-heçə
“Napoli” (İtaliya) – 8 oyun, 8 qələbə
“Milan” (İtaliya) - 8 oyun, 7 qələbə, 1 heç-heçə
MOİK (Sofiya, Bolqarıstan) - 8 oyun, 7 qələbə, 1 heç-heçə
“Porto” (Portuqaliya) - 8 oyun, 6 qələbə, 2 heç-heçə
“Sportinq” (Portuqaliya) - 8 oyun, 6 qələbə, 2 heç-heçə
“Kliftonvill” (Şimali İrlandiya) - 8 oyun, 6 qələbə, 2 heç-heçə
“Liverpul” (İngiltərə) – 8 oyun, 5 qələbə, 3 heç-heçə
“Frayburq” (Almaniya) – 8 oyun, 4 qələbə, 4 heç-heçə
“Qarabağ” (Azərbaycan) - 7 oyun, 5 qələbə, 2 heç-heçə
“Hibernians” (Malta) - 6 oyun, 5 qələbə, 1 heç-heçə
“Birkirkara” (Malta) - 6 oyun, 4 qələbə, 2 heç-heçə
“Olimpiakos” (Yunanıstan) - 6 oyun, 4 qələbə, 2 heç-heçə
“Hapoel” (Beer-Şeva, İsrail) - 6 oyun, 4 qələbə, 2 heç-heçə
“Hapoel” (Hadera, İsrail) - 6 oyun, 3 qələbə, 3 heç-heçə
AEK (Kipr) - 6 oyun, 4 qələbə, 2 heç-heçə
“Tirana” (Albaniya) - 5 oyun, 3 qələbə, 2 heç-heçə
“Vlajniya” (Albaniya) - 5 oyun, 2 qələbə, 3 heç-heçə

Qeyd edək ki, Cəbəllütariq, Andorra, San Marino kimi ölkələrin çempionatında məğlubedilməz komandalar olsa da, adıçəkilən ölkələrdə mövsüm yeni başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR