“Qarabağ” – “Bazel” oyununun hakimləri açıqlanıb

“Qarabağ” – “Bazel” oyununun hakimləri açıqlanıb
# 14 sentyabr 2021 13:07 (UTC +04:00)


Konfrans Liqasının qrup mərhələsinin I turunda keçiriləcək “Qarabağ” – “Bazel” oyununun hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA Bakıdakı qarşılaşmanı Belçikadan olan hakimlər briqadasına həvalə edib.

Matçın ədalət təmsilçisi Erik Lambrexts olacaq. Ona Rien Vanizere və Co de Veyrdt kömək edəcəklər. Görüşün 4-cü hakimi funksiyasını Vim Smet icra edəcək. Referilərin işinə hakim inspektor Con Uord (İrlandiya) qiymət verəcək. UEFA nümayəndəsi vəzifəsini isə belaruslu Sergey İlyiç yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Bazel” görüşü 20:45-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR