“Qarabağ” darmadağınla qış çempionu olub

“Qarabağ” darmadağınla qış çempionu olub
# 04 dekabr 2021 20:06 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında qış çempionu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, buna XIII turun ilk oyun günündə aydınlıq gəlib.

İki matçın baş tutduğu gün məhsuldar alınıb. Çempionatın autsayderləri “Keşlə” və “Səbail”in matçında 4 qol vurulub. Qəsəbə təmsilçisi iki top fərqi ilə çıxsa da, azlıqda qaldıqdan sonra üstünlüyünü əldən verib – 2:2.

Premyer Liqanın lideri “Qarabağ” “Sabah”ı qəbul edib. Ağdam klubu indiyədək heç vaxt uduzmadığı rəqibini bu dəfə böyükhesablı məğlubiyyətə uğradıb – 5:1. Darmadağınla üzləşən “Sabah”ın 5 matçlıq məğlubiyyətsizliyi başa çatıb. Qurban Qurbanovun yetirmələri isə mövsümün ilk yarısını 1-ci pillədə başa vuracağını təmin edərək qış çempionu olub.

Qeyd edək ki, tura sabah keçiriləcək “Neftçi” – “Sumqayıt” və “Zirə” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XIII tur
4 dekabr (şənbə)
16:00. “Keşlə” – “Səbail” - 2:2
Qollar:
Felipe Santos (p.), 45+7, Anatole Abanq, 46 - Rahid Əmirquliyev, 66, Camal Araqo, 90+5
Qırmızı vərəqə: Anatole Abanq, 61
Baş hakim: Rauf Cabarov
“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev, 19. Azər Salahlı, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 11. Sadio Tounkara, 9. Anatole Abanq, 10. Felipe Santos, 13. Pərviz Azadov, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 8. Tural Axundov, 23. Nicat Qurbanov, 5. Kərim Diniyev, 29. Amil Yunanov, 99. Rafael Məhərrəmli, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 50. Samir Abdullayev, 55. Raul Həsənzadə
Baş məşqçi: Sənan Qurbanov

“Səbail”: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 3. Turan Manafov, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 6. Cabir Əmirli, 19. Ruslan Hacıyev, 33. Domantas Şimkus, 34. Yurqen Qoxa, 30. Camal Araqo, 77. Ədilxan Qarəhmədov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 31. Nail Alışov, 17. Elçin Rəhimli, 22. Əfran İsmayılov, 8. Elşən Abdullayev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 2. Elton Əlibəyli, 20. Orxan Fərəcov, 38. Zeynəddin Abdurahmanov
Məşqçi: Vüqar Məmməd
“ASK Arena”

18:15. “Qarabağ” – “Sabah” - 5:1
Qollar:
Abdullah Zubir, 16, 51, Filip Ozobiç, 35, Vadji İbrahima, 77, 90 - Bəxtiyar Həsənalızadə, 27
Baş hakim: Əliyar Ağayev
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 10. Abdullah Zubir, 6. Patrik Andrade, 20. Kadi Borqes, 27. Toral Bayramov
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 7. Riçard Almeyda, 29. Marko Veşoviç, 25. Vadji İbrahima, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov

“Sabah”: 16. Saşa Stamenkoviç, 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 26. Fofana Tiemoko, 3. Zurab Oçiqava, 17. Xuan Kamara, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev
Ehtiyat oyunçular: 32. Rustam Samigullin, 20. Coy-Lens Mikels, 55. Şpiro Periçiç, 5. Arsen Ağcabəyov, 8. Şakir Seyidov, 33. Camal Cəfərov
Baş məşqçi: Murad Musayev
“Azersun Arena”

1

Qarabağ

13

9

3

1

28-8

30

2

Zirə

12

6

4

2

21-12

22

3

Qəbələ

12

6

4

2

20-12

22

4

Neftçi

12

6

2

4

20-18

20

5

Sabah

13

4

2

7

17-23

14

6

Sumqayıt

12

3

2

7

8-17

11

7

Keşlə

13

3

2

8

14-23

11

8

Səbail

13

3

1

9

11-26

10

Bombardirlər: Davit Volkov ("Zirə") - 9 qol, Filip Ozobiç ("Qarabağ") - 7 qol, Coy-Lens Mikels ("Sabah"), Ülvi İsgəndərov ("Qəbələ") - 5 qol.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR