“Qarabağ” iki futbolçusunu qaytarmır

“Qarabağ” iki futbolçusunu qaytarmır
# 29 may 2021 11:13 (UTC +04:00)

“Qarabağ”da daha iki futbolçunun taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, geridə qalan mövsümü başqa klublarda icarədə keçirən oyunçuların aqibəti bəlli olub.

“Keşlə”nin formasını geyinən Rafael Məhərrəmli Ağdam klubuna qayıtmayacaq. 22 yaşlı yarımmüdafiəçinin “Qarabağ”la müqavilə müddəti başa çatıb və məşqçilər korpusu onu qaytarmaqda, yeni müqavilə imzalamaqda maraqlı deyil. Bir sözlə, Məhərrəmli artıq azad agent kimi istədiyi klubla anlaşa bilər.

Ötən mövsüm icarə əsasında “Zirə”nin formasını geyinən Hacıağa Hacılının da qayıtması gözlənilmir. Qurban Qurbanov 23 yaşlı orta sahə oyunçusunun daha bir il həmkarı Rəşad Sadıqovun sərəncamında qalmasının doğru olacağını düşünür. Bu səbəbdən Hacıağa böyük ehtimalla daha bir mövsümlük “Zirə”yə icarəyə veriləcək.

Qeyd edək ki, Rafael Məhərrəmli ötən mövsüm “Keşlə”nin heyətində Premyer Liqada 20, Hacıağa Hacılı isə “Zirə”də 24 matçda iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR