“Qarabağ”-"Kayrat" oyununun start heyətləri açıqlanıb

“Qarabağ”-"Kayrat" oyununun start heyətləri açıqlanıb
# 21 oktyabr 2021 19:52 (UTC +04:00)

Azərbaycanı avrokuboklarda təmsil edən yeganə komanda “Qarabağ” bu gün növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Konfrans Liqasının qrup mərhələsinin III tur matçına çıxacaq.

İlk iki görüşdə 4 xal toplayaraq H qrupuna liderlik edən Qurban Qurbanovun yetirmələri autsayderlər sırasında qərarlaşan “Kayrat”ı qəbul edəcək. Cari mövsüm nə Premyer Liqada, nə də avrokuboklarda məğlubiyyət üzü görən “Qarabağ” Qazaxıstan klubu önündə həm bu seriyanı, həm də liderliyini davam etdirmək niyyətindədir.

Qrupun ilk turunda “Bazel”i (0:0) Bakı Olimpiya Stadionunda qəbul edən təmsilçimiz “Kayrat”la Tofiq Bəhramov adına Respublika Stadionunda münasibətlərinə aydınlıq gətirəcək.

Qrupun digər oyununda “Omoniya” “Bazel”in qonağı olacaq.

Qeyd edək ki, “Qarabağ” IV tur çərçivəsində “Kayrat”la noyabrın 4-də Qazaxıstanda üz-üzə gələcək.

Konfrans Liqası
H qrupu, III tur
21 oktyabr
20:45. “Qarabağ” (Azərbaycan) – “Kayrat” (Qazaxıstan)
Baş hakim: Yevgeni Aranovski (Ukrayna)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 10. Abdullah Zubir, 25. İbrahima Vadji
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
“Kayrat”: 1. Stas Pokatilov (k), 20. Rade Duqalyiç, 4. Nurali Alip, 15. Maki Banyak, 11. Yan Veroqovski, 24. Dino Mikanoviç, 33. Denis Polyakov, 16. Rikardo Alveş, 22. Neboyşa Kosovaç, 25. Joao Paulo, 18. Joze Kante
Ehtiyat oyunçular: 72. Temirlan Anarbekov, 3. Sergey Keyler, 6. Yatsek Qoralski, 7. Quljiqit Alıkulov, 8. Aybol Abiken, 9. Vaqner Lav, 19. Artur Şuşenaçev, 23. Andrey Ulşin, 29. Daniyar Ussenov, 46. Arsen Burançiyev
Baş məşqçi: Kurban Berdıyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR