“Qarabağ” monteneqrolu futbolçu transfer edib

Marko Veşoviç

© APA | Marko Veşoviç

# 16 iyul 2021 17:14 (UTC +04:00)

“Qarabağ” daha bir transferini reallaşdırıb.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi yeni oyunçusu özünün yutub kanalı vasitəsilə təqdim edib.

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Qarabağ” monteneqrolu Marko Veşoviçlə heyətini gücləndirdiyini açıqlayıb. Ötən mövsümün sonunda Varşava “Legiya”sından ayrılan 30 yaşlı sağ cinah oyunçusu yeni komandasında 29 nömrəli formanı geyinəcək.

Monteneqro millisinin də şərəfini qoruyan Marko Veşoviç sağ cinah müdafiəçisi ilə yanaşı, vinger mövqeyində də çıxış edə bilir. “Buduçnost”un yetirməsi 2014/15 mövsümündə İtaliyada “Torino”nun heyətində çıxış edib.

Qeyd edək ki, “Qarabağ” buna qədər Kadi Borqes və Ramil Şeydayevi transfer edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR