“Qarabağ” mövsümə heç-heçə ilə başlayıb

“Qarabağ” mövsümə heç-heçə ilə başlayıb
# 22 iyul 2021 21:51 (UTC +04:00)

“Qarabağ” 2021/22 mövsümünə start verib.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayıb.

Qurban Qurbanovun yetirmələri İsrail təmsilçisi “Aşdod”la görüşüb. Premyer Liqanın vitse-çempionu ilk matçı evdə keçirib.

İlk dəqiqələrdən üstünlüyə yiyələnən “Qarabağ” rəqib qapısına ardıcıl hücumlar təşkil edib. Lakin təmsilçimiz yaradılan imkanlardan yararlanmayıb. İsraillilərin müqavimətini qıra bilməyən Qurbanovun yetirmələri qarşılaşmanı azlıqda bitirib. Matçın sonlarında Maksim Medvedev qırmızı vərəqə alaraq komandanı azlıqda qoyub. Bununla da “Qarabağ” mövsümə qolsuz sülhlə başlayıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 29-da İsraildə baş tutacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
22 iyul
20:00. “Qarabağ” (Azərbaycan) – “Aşdod” (İsrail) - 0:0
Qırmızı vərəqə:
Maksim Medvedev, 83
Baş hakim: Sergey Boyko (Ukrayna)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 2. Qara Qarayev, 6. Patrik Andrade, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 4. Rahil Məmmədov, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 20. Kadi Borqes, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov

“Aşdod”: 1. Yoav Jafari, 3. Gil Kohen, 5. Nenad Cvetkoviç, 15. Tom Ben Zaken, 13. Montari Kamaheni, 6. Feras Abu Akal, 71. David Roi Nyenque, 99. Oz Bilevi, 77. Yakov Brihon, 11. Lior Einbrom, 23. Martin Rainov
Ehtiyat oyunçular: 90. Roi Mişpati, 12. Bar Netanel, 9. Şalev Haroş, 10. Moussa Baqayoko, 14. Yoni Sisay, 16. Zohar Zasano, 18. Guy Dahan, 24. İdan Aharon Dahan, 26. Abdul Muqese Zakaria, 55. Noar Sabaq, 66. Nir Migel Hasson, 30. Navaf Bzeia
Baş məşqçi: Ran Bem Simon
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR