"Qarabağ" "Neftçi"ni darmadağın edib

"Qarabağ" "Neftçi"ni darmadağın edib
# 31 oktyabr 2021 00:12 (UTC +04:00)


Bu gün Azərbaycan Premyer Liqasında IX tura start verilib.

Apasport.az saytının məlumatına görə, ilk gündə iki oyun baş tutub.

İlk olaraq meydana paytaxt komandaları çıxıb. “Zirə” doğma arenasında “Keşlə”ni sınağa çəkib. Ötən tur məğlubiyyətə düçar olan komandaların duelindən ev sahibləri qalib ayrılıb. Birinci hissədə vurduğu iki cavabsız qolla qələbə qazanan “Zirə” ilk “dördlük”dəki mövqeyini möhkəmlədib.

Ardından mövsümün dörd mərkəzi matçından ikincisi keçirilib. Çempionluğa iddialı əzəli rəqiblər “Qarabağ”la “Neftçi” birincilərin meydanında üz-üzə gəlib. Ölkə çempionatlarında 85-ci dəfə baş tutan Azərbaycan derbisinin taleyi birinci hissədəcə həll olunub. Qurban Qurbanovun yetirmələri 14 dəqiqə ərzində rəqibi düz üç dəfə mərkəzə dəvət edib. “Neftçi”nin ikinci hissədəki cəhdləri bir nəticə verməyib. Əksinə, son dəqiqələrdə ev sahibləri daha bir dəfə fərqlənərək, son çempionu darmadağına məruz qoyub. Beləliklə, birinci dövrədə olduğu kimi, rəqibini yenə üstələyən Ağdam təmsilçisi vahid liderliyi ələ keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR