“Qarabağ” - “Omoniya” matçının favoriti açıqlanıb

“Qarabağ” - “Omoniya” matçının favoriti açıqlanıb
# 25 noyabr 2021 13:51 (UTC +04:00)

Avrokubokların bu gün keçiriləcək oyunlarının əmsalları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Azərbaycan təmsilçisi “Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsində keçirəcəyi sonuncu ev matçının da favoritini müəyyənləşdirib.

“Qarabağ” Bakıda “Omoniya” ilə qarşılaşmanın güclüsü hesab edilir. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq matçda aşkar favorit olan Ağdam təmsilçisinin qələbəsi 1,56, rəqibin uğuru 5,90 əmsaldır. Qarşılaşmada heç-heçəyə 4,00 əmsal verilib.

Qeyd edək ki, “Qarabağ”ın oyunu saat 21:45-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR