“Qarabağ” tarix yazıb: Qrupdan çıxıb

“Qarabağ” tarix yazıb: Qrupdan çıxıb
# 04 noyabr 2021 23:38 (UTC +04:00)

Konfrans Liqasında qrup mərhələsində IV tur başa çatıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ”ın mübarizə apardığı H qrupunda günün ikinci oyunu keçirilib.

Kiprdə yerli “Omoniya” İsveçrə “Bazel”ini qəbul edib. 17-ci dəqiqədə Andronikos Kakoullisin qolu ilə meydan sahibləri hesabı açıblar. Qonaqlar yalnız ikinci hissədə bərabərlik qolu vurub. Liam Millar 57-ci dəqiqədə fərqlənib.

1:1 hesablı heç-heçə “Omoniya”nın qrupdan çıxmaq şanslarının üstündən xətt çəkib. Kiprlilər ilk iki yerdən bitini tutmaq şansını rəsmən itirib.

Bununla da həm “Bazel”, həm də günün ilk matçında “Kayrat”a 2:1 hesabı ilə qalib gələn “Qarabağ” qrupdan çıxmağı təmin edib. Ağdam klubu Azərbaycan futbolu tarixində qrup səddini adlayaraq mövsümün ikinci hissəsində - gələn il mübarizəni davam etdirə biləcək ilk komanda kimi düşüb.

Tarix yazan “Qarabağ” “Omoniya”nın xal itirməsi ilə qrupdan çıxıbsa, “Bazel”in büdrəməsi ilə liderliyə yüksəlib. Təmsilçimiz “Bazel”lə mübarizədə 1-ci yeri qorusa 1/8 finala, qrupdan ikinci yerlə çıxsa, pley-offa yüksələcək.

1

Qarabağ

4

3

1

0

8-3

10

2

Bazel

4

2

2

0

8-4

8

3

Omoniya

4

0

2

2

3-8

2

4

Kayrat

4

0

1

3

4-8

1

Qeyd edək ki, “Qarabağ” dekabrın 10-da “Bazel”in qonağı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR