"Qarabağ" top klublarının reytinq siyahısında “Başakşəhər”ə çatıb

"Qarabağ" top klublarının reytinq siyahısında “Başakşəhər”ə çatıb
# 11 oktyabr 2021 14:58 (UTC +04:00)

Avropanın top klublarının reytinq siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə qitənin 435 komandası yer alıb.

Azərbaycanın ən yaxşı təmsilçisi “Qarabağ”dır. Ağdam klubunun aktivində 196 xal var.

Beynəlxalq arenada son olaraq Konfrans Liqasının qrup mərhələsinin II turunda “Omoniya” üzərində 4:1 hesablı qələbə qazanan Qurban Qurbanovun yetirmələri aktivinə əlavə 4 xal yazdırıb. Bu qazanc irəliləmək üçün yetərli olmayıb. “Qarabağ” yenə 86-cı pillədə qərarlaşıb. Amma ağdamlılar 85-ci olan “Başakşəhər”ə çatıb. Eyni xala malik Türkiyə klubu hələlik öndə yer alıb.

“Neftçi” 30 xalla 240-cıdır. Bakılılar ötən cədvəldəki yerini 1 pillə yaxşılaşdırıb. Samir Abasovun yetirmələri “Stok Siti” ilə eyni göstəriciyə malikdir.

“Qəbələ” isə 2 pillə geriləyib. 20 xalı olan təmsilçimiz Avropada 289-cudur. “Qəbələ” “Orenburq”, “Krilya Sovetov”, “Bohum”, “Kasımpaşa” və “Aberdin”lə eyni xala malikdir.

Qeyd edək ki, cədvəlin lideri 2088 xalı olan “Real”dır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR