"Qarabağ" top komandaların reytinq cədvəlində geriləyib

"Qarabağ" top komandaların reytinq cədvəlində geriləyib
# 06 dekabr 2021 16:53 (UTC +04:00)

Avropanın top komandalarının reytinq cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıda qitənin 435 komandası yer alıb.

Azərbaycanın üç klubu cədvələ daxil edilib. “Qarabağ” ölkəmizin ən yaxşı təmsilçisidir.

Qurban Qurbanovun yetirmələri “Top-100”də qərarlaşıb. Ağdamlılar 204 xalla qitədə 85-cidir. Premyer Liqanın lideri ötən cədvəllə müqayisədə 1 pillə geriləyib.

Digər iki klubumuz üçüncü “100-lük”dədir. 30 xala malik “Neftçi” 243-cüdür. Bakılılar üç addım irəliləyib. 20 xalı olan “Qəbələ” 288-ci sırada qalıb.

Qeyd edək ki, siyahıya 2141 xalla “Real” başçılıq edir. “Bavariya”nın 1946, “Barselona”nın 1926 xalı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR