“Qarabağ” UEFA reytinqində geriləyib

“Qarabağ” UEFA reytinqində geriləyib
# 04 noyabr 2021 09:50 (UTC +04:00)

Çempionlar Liqasının qrup mərhələsinin IV turundan sonra klubların UEFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, ilk “100-lük”də Azərbaycanın yalnız bir klubu var.

“Qarabağ” siyahıda 64-cü yerə şərikdir. Ağdam təmsilçisinin hesabında 21,000 xal var.

Qurban Qurbanovun yetirmələri daha 4 komanda ilə eyni göstəriciyə malikdir. “Real-Sosyedad”, “Borussiya” (Mönhenqladbax), “Feyenoord” və “Lill”lə şərikdir. Sonuncular bu tur “Qarabağ”a çatıb. Bu beş komanda ötən həftə ilə müqayisədə 1 pillə geriləyib. Buna “Volfsburq”un irəliləyişi səbəb olub.

Qeyd edək ki, “Qarabağ” bu gün Konfrans Liqasında “Kayrat”ın qonağı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR