"Qarabağ" UEFA reytinqində geriləyib

"Qarabağ" UEFA reytinqində geriləyib
# 26 noyabr 2021 09:36 (UTC +04:00)

Avrokubokların qrup mərhələsinin V turunun son oyun günündən sonra klubların UEFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, ilk “100-lük”də Azərbaycanın yalnız bir klubu yer alıb.

Konfrans Liqasının “Omoniya” ilə Bakıdakı görüşündə 2:2 hesablı heç-heçə edən “Qarabağ” 25,000 xalla Avropada 59-cu yerə şərikdir. Qurban Qurbanovun yetirmələri “Başakşəhər”lə eyni göstəriciyə malikdir.

Təmsilçimiz bu heç-heçədən sonra iki pillə geriləyib. Buna Niderland klubları səbəb olub. “Alkmaar” və “Feyenoord” “Qarabağ”ı keçib.

Qeyd edək ki, cədvələ 131,000 xala malik “Bavariya” başçılıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR