“Qarabağ”a vurulan qol həftənin ən yaxşısı seçilib

“Qarabağ”a vurulan qol həftənin ən yaxşısı seçilib
# 26 noyabr 2021 16:30 (UTC +04:00)

Konfrans Liqasında həftənin qolu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, V turun ən yaxşısı UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermə ilə bəlli olub.

Ən yaxşı qolun müəllifi adına Jordi Qomes layiq görülüb. Kiprin “Omoniya” klubunun futbolçusu Bakıda “Qarabağ”ın qapısına yol tapıb. O, görüşün 90-cı dəqiqəsində 56 metrdən qapını dəqiq nişan alıb. Şahruddin Məhəmmədəliyevin qapısını tərk etdiyi görən Jordi bu qolla komandasına bir xal qazandırıb.

Qeyd edək ki, “Qarabağ” – “Omoniya” matçında məhsuldar heç-heçə qeydə alınıb – 2:2.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR