“Qarabağ”ın futbolçusu Konfrans Liqasında ən yaxşı qolun müəllifi seçilib

“Qarabağ”ın futbolçusu Konfrans Liqasında ən yaxşı qolun müəllifi seçilib
# 01 oktyabr 2021 15:02 (UTC +04:00)

“Qarabağ”ın futbolçusu Kadi Borqes Konfrans Liqasında həftənin ən yaxşı qolunun müəllifi seçilib.

Apasport.az saytının məlumatına görə, onun II tur çərçivəsində “Omoniya”nın qapısından keçirdiyi birinci qol ən yaxşı adına layiq görülüb.

UEFA-nın azarkeşlər arasında apardığı səsvermədə braziliyalı yarımmüdafiəçinin 52-ci dəqiqədə uzaq məsafədən vurduğu bərabərlik topu digərlərindən çox səs toplayıb. O, Aleksandar Qlişiç (“Alaşkert”), Maksimilian Vittek (“Vitess”) və Ziqa Kousu (“Mura”) qabaqlayıb.

Qeyd edək ki, “Qarabağ” bu tur Kiprdə “Omoniya”nı 4:1 hesabı ilə məğlub edib. Kadi Borqes isə həmin görüşdə dubla imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR