“Qarabağ”ın hazırlıq planı bəlli olub

“Qarabağ”ın hazırlıq planı bəlli olub
# 14 iyun 2021 11:00 (UTC +04:00)

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Qarabağ”da istirahət başa çatır.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin apasport.az saytına verdiyi məlumata görə, Ağdam təmsilçisi bu gündən bir araya gəlir.

Klub rəsmisinin sözlərinə görə, təlim-məşq toplanışının ilk mərhələsi Bakıda baş tutacaq. İki həftəlik hazırlıq çərçivəsində baş məşqçi Qurban Qurbanov iki yoxlama görüşü planlaşdırır. Əgər razılıq əldə olunarsa, sınaq matçları toplanışa start verən “Sumqayıt” və “Keşlə”yə qarşı keçiriləcək.

Qurbanov təlim-məşq toplanışının ikinci mərhələsinin ölkə xaricində olmasını istəyir. Lakin həm koronavirus pandemiyası ilə bağlı yaranmış durum, həm də Konfrans Liqasındakı rəqibin kimliyi və ilk görüşün harada keçirilməsi planda dəyişikliyə səbəb ola bilər.

Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin püşkü iyunun 16-da atılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR