“Qarabağ”ın müdafiəçisi: “Uğurumuz bu ilin nəticəsi deyil”

“Qarabağ”ın müdafiəçisi: “Uğurumuz bu ilin nəticəsi deyil”
# 13 noyabr 2021 12:44 (UTC +04:00)

“Premyer Liqa və UEFA Konfrans Liqasında vəziyyətimiz yaxşıdır”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın müdafiəçisi Kevin Medina deyib.

Klubun rəsmi saytına açıqlama verən kolumbiyalı futbolçu komandanın Konfrans Liqası və Premyer Liqadakı çıxışını dəyərləndirib. O, milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə öz üzərlərində çalışdıqlarını söyləyib: “İnkişaf etmək və oyunumuzu təkmilləşdirmək üçün mümkün qədər daha çox məşq etməliyik. Oyun ritmini qorumaq üçün çalışmağa davam edirik. Premyer Liqada hazırda liderik və oyunlarımız asan keçmir. Bütün rəqiblər xal almağa və qalib gəlməyə çalışırlar”.

Medinanın fikrincə, komandanın Konfrans Liqasında qrupdan çıxması uzun illərdir çəkilən əziyyətin bəhrəsidir: “Konfrans Liqasında qrup mərhələsinin başa çatmasına 2 tur qalsa da, növbəti mərhələyə yüksəlməyi təmin etdik. Bütün azarkeşlər kimi, biz futbolçular da bu tarixi uğura çox sevinirik. Ancaq mən uğurumuzu bu ilin nəticəsi adlandırmazdım. Çünki “Qarabağ” ardıcıl 8-ci dəfədir qruplarda oynayır. Bu uğur uzun illər çəkilmiş zəhmətin nəticəsidir. 8 il ərzində toplanmış təcrübənin bəhrəsini biz görürük. Deməli, bu uğura nail olmaq indiki komandanın qismətində imiş. Azarkeşlərimizə də bizi daim dəstəklədikləri üçün təşəkkür edirəm”.

Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasında sona 2 tur qalmış pley-offa vəsiqəni təmin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR