“Qarabağ”la “Sumqayıt”ın Konfrans Liqasında 80 potensial rəqibi dəqiqləşib

“Qarabağ”la “Sumqayıt”ın Konfrans Liqasında 80 potensial rəqibi dəqiqləşib
# 20 may 2021 12:06 (UTC +04:00)

Konfrans Liqasının ilk iki mərhələsində iştirak edəcək 82 komanda müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, I təsnifat mərhələsinin 47, ikinci raundun 35 iştirakçısı dəqiqləşib.

Yeni turnirə ilk mərhələdən başlayacaq komandalardan 17-si səpələnmiş, 15-i səpələnməmişlər sırasındadır. Digərlərinin səbəti dəqiqləşnəyib.

Azərbaycanın bu turnirdəki təmsilçiləri yarışa II mərhələdən başlayacaq. Onlardan ikisi artıq bəllidir. “Qarabağ”la “Sumqayıt”ın hansı səbətdə olacağı hələ tam rəsmiləşməyib.

Lakin reytinqinə əsasən bu 82 komanda arasında 3-cü olan “Qarabağ”ın səpələnəcəyi şübhə doğurmur. “Sumqayıt”ın isə hansı səbətdə yer alacağını digər komandalardan asılı olacaq.

Qeyd edək ki, ilk iki mərhələnin püşkü iyunun 15-16-da atılacaq.

Konfrans Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər

“Fehervar” (Macarıstan)
“Dandolk” (İrlandiya)
“Suduva” (Litva)
TNS (Uels)
“Spartak” (Slovakiya)
“Olimpiya” (Sloveniya)
“Klaksvik” (Farer adaları)
“KuPS” (Finlandiya)
“Hafnarfyordur” (İrlandiya)
“Sutyeska” (Monteneqro)
“Europa” (Cəbəllütariq)
“Liepaya” (Latviya)
“Hibernians” (Malta)
“Levadiya” (Estoniya)
“Styarnan” (İslandiya)
“Uypeşt” (Macarıstan)
“Puşkaş Akademiyası (Macarıstan)

Qeyri-müəyyənıər
“Slaşk” (Polşa)
“Şkupi” (Şimali Makedoniya)
“Petrokub” (Moldova)
“Runavik” (Farer adaları)
“Jilina” (Slovakiya)
“Bala Taun” (Uels)
“Qzira” (Malta)
“Breydablik” (İslandiya)
“Sent Cozef” (Cəbəllütariq)
“Milsami” (Moldova)
“Jalgiris” (Kaunas, Litva)
RFS (Latviya)
“İnter” (Finlandiya)
“Sileks” (Şimali Makedoniya)
“Panevejis” (Litva)

Səpələnməmişlər
“Bohemians” (İrlandiya)
“Sliqo Rovers” (İrlandiya)
“Struqa” (Şimali Makedoniya)
“Sfantul” (Moldova)
“Birkirkara” (Malta)
“Valmiera” (Latviya)
“Qaqra” (Gürcüstan)
“Dinamo” (Batumi, Gürcüstan)
“Honka” (Finlandiya)
“Dila” (Gürcüstan)
“Llapi” (Kosovo)
“Mons” (Cəbəllütariq)
“Payde” (Estoniya)
“Deçiç” (Monteneqro)
“Podqoritsa” (Monteneqro)

II təsnifat mərhələsi
“Bazel” (İsveçrə)
“Astana” (Qazaxıstan)
“Qarabağ” (Azərbaycan)
“Styaua” (Rumıniya)
PAOK (Yunanıstan)
AEK (Yunanıstan)
“Partizan” (Serbiya)
BATE (Belarus)
“Molde” (Norveç)
“Rusenborq” (Norveç)
“Apollon” (Kipr)
“Santa Klara” (Portuqaliya)
MOİK (Bolqarıstan)
“Soçi” (Rusiya)
“Aberdin” (Şotlandiya)
“Vorskla” (Poltava)
“Sivasspor” (Türkiyə)
“Osiyek” (Xorvatiya)
AEL (Kipr)
“Çukariçki” (Serbiya)
“Voyvodina” (Serbiya)
“Slovaçko” (Çexiya)
“Servett” (İsveçrə)
“Aris” (Yunanıstan)
“Dunayska Ştreda” (Slovakiya)
“Valerenqa” (Norveç)
“Haken” (İsveç)
“Elfsborq” (İsveç)
“Lokomotiv” (Plovdiv, Bolqarıstan)
“Sumqayıt” (Azərbaycan)
“Tobol” (Qazaxıstan)
“Şaxtyor” (Qazaxıstan)
“Torpedo” (Belarus)
“Rakov” (Polşa)
“Poqon” (Polşa)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR