“Qəbələ” ilk futbolçu keçidini rəsmiləşdirib

“Qəbələ” ilk futbolçu keçidini rəsmiləşdirib
# 09 iyun 2021 16:37 (UTC +04:00)

2021/22 mövsümünün transfer çalışmalarına start verən “Qəbələ” ilk futbolçu keçidini rəsmiləşdirib.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” Urfan Abbasovu heyətinə qatıb.

“Səbail”dən yenicə ayrılan 29 yaşlı müdafiəçi bölgə təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 2019-2021-ci illərdə “Səbail”in şərəfini qoruyan Urfan iki illik fasilədən sonra “Qəbələ”yə qayıdıb. 2011-2019-cu illərdə “qırmızı-qara” forma geyinən Abbasov klub tarixində ən çox oyun keçirən futbolçudur. O, bütün turnirlərdə ümumilikdə 220 matçda iştirak edib. Müdafiəçinin aktivində 3 qol var. Urfan 2015-ci ildə debüt etdiyi Azərbaycan millisində 9 oyun keçirib, 1 qol vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR