“Qəbələ”nin futbolçusunun cəza müddəti açıqlanıb

“Qəbələ”nin futbolçusunun cəza müddəti açıqlanıb
# 29 oktyabr 2021 14:11 (UTC +04:00)

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının VIII turunda qeydə alınmış neqativ hallar müzakirə olunub.

“Keşlə” – “Qəbələ” oyununda ikincilərin futbolçusu Stefan Vukçeviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq diskvalifikasiya olunub, klubunu 200 manat ziyana salıb.

“Qarabağ”la matçda 5 futbolçusu sarı vərəqə alan “Səbail” isə 800 manat cərimələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR