Qiyamçı klublar ECA-ya yenidən üzv olub

Qiyamçı klublar ECA-ya yenidən üzv olub
# 16 avqust 2021 17:05 (UTC +04:00)

Avropa Klublar Assosiasiyasının (ECA) tərkibində dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, qeyri leqal Superliqa yaratmağa cəhd edən qiyamçı klublardan 9-u yenidən ECA-ya qoşulub.

Bunlar “Milan”, “İnter” (hər ikisi İtaliya), “Atletiko” (İspaniya), “Arsenal”, “Çelsi”, “Liverpul”, “Tottenhem”, Mançester Yunayted” və “Mançester Siti” (hamısı İngiltərə) klublarıdır. Onlar bu ilin aprelində Superliqa yaratmaq üçün ECA üzvlüyündən çıxsa da, 4 aydan sonra geri qayıdıb.

Klubların Superliqanın geniş ictimaiyyətə maraq doğurmaması ilə bağlı etirafları və bu layihədən tamamilə imtinası ECA-nı onları geri qəbul etməsi ilə nəticələnib. Superliqanın təşəbbüskarlarından olan “Real”, “Barselona” (hər ikisi İspaniya) və “Yuventus” (İtaliya) isə hələlik assosiasiyaya qayıtmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR