Qurban Qurbanov: “Futbolçularımız oynamağı bacarır”

Qurban Qurbanov

© APA | Qurban Qurbanov

# 27 avqust 2021 01:56 (UTC +04:00)

“Biz kifayət qədər çətin səfər etmişdik. Belə qələbədən çox razıyıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

49 yaşlı mütəxəssis Konfrans Liqasının pley-off mərhələsinin “Aberdin”lə Şotlandiyadakı cavab oyunundan sonra mətbuat konfransı keçirib. O, komandasının 3:1 hesabı ilə qalib gələrək qrup mərhələsinə yüksəlməsinə münasibət bildirib: “Ab-hava gözəl, möhtəşəm idi. Azarkeşlər əla idi. Öz komandamı təbrik edirəm. Deməzdim ki, asan qələbə qazandıq. Bizim futbolçular oynamağı bacarır, biz də yaxşı hazırlaşmışdıq. Çox şadam ki, futbolçularım son saniyəyədək oynadılar. Burada əla meydan var. Burda, belə azarkeşlər qarşısında oynadığımıza xoşbəxtik. Oyunçularımın da xoşuna gəldi. Biz həmişə hücum futbolu oynamaq, yaxşı nəticə qazanmaq istəmişik”.

Qeyd edək ki, “Qarabağ” bununla da tarixində ardıcıl olmaqla 8-ci dəfə avrokuboklaırn qrupuna düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR