Qurban Qurbanov Mahir Emrelinin "Qarabağ"dan ayrılacağını təsdiqləyib

Qurban Qurbanov Mahir Emrelinin "Qarabağ"dan ayrılacağını təsdiqləyib
# 19 may 2021 23:53 (UTC +04:00)

Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Qarabağ”dan ayrılacaq.

Apasport. az saytının məlumatına görə, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov təsdiqləyib.

Premyer Liqanın XXVIII turunun “Neftçi” ilə görüşündən (0:1) sonra açıqlama verən 49 yaşlı mütəxəssis hücumçunun ölkə xaricində legioner həyatı yaşayacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib: “Mahir Emreli gedir. Əlimizdə olanları qoruyub saxlamağa çalışacağıq. Ondan sonra yeni transfer məsələsinə baxacağıq”.

O, Emrelinin Varşava “Legiya”sına keçidinin gözlənilən olduğunu gizlətməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR