Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi avrokubokda 50-ci dəfə qalib gəlib

Qurban Qurbanov

© APA | Qurban Qurbanov

# 05 noyabr 2021 13:19 (UTC +04:00)

Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi 50-ci avrokubok qələbəsini qazanıb.

Apasport.az saytının məlumatına görə, bu, Konfrans Liqasının qrup mərhələsinin IV turunda gerçəkləşib.

Ağdam klubu Qazaxıstanda “Kayrat”a 2:1 hesabı ilə qalıb gəlib. Bu qələbə 124-cü matçda rəsmiləşib.

Mütəxəssis indiki postunda avrokuboklarda 34 heç-heçə və 40 məğlubiyyət də yaşayıb. Azərbaycan futbol tarixinin demək olar ki, bütün baş məşqçi rekordlarının müəllifi olan Qurbanov ümumilikdə 51 avrokubok qələbəsinə sevinib.

Onun ilk uğuru “Neftçi”ni çalışdırdığı 2007/08 mövsümündə gerçəkləşib. 2008-ci ilin yayında “Qarabağ”ın baş məşqçisi təyin olunan çalışdırıcı bir il sonra bu klubla avrokuokda debüt edib.

Qurbanovun “Qarabağ”la qazandığı yubiley qələbəsi həm də tarixi əhəmiyyətə malikdir. Təmsilçimiz bu matçdan bir neçə saat sonra Konfrans Liqasında qrupa vəsiqəni təmin edib.

Buna Kiprdə baş tutan “Omoniya” – “Bazel” qarşılaşmasının (1:1) nəticəsi səbəb olub. IV tur başa çatdıqdan sonra “Qarabağ”la “Bazel” digər iki komanda üçün əlçatmaz olub. Hər iki klub qrupdan çıxmağı, ən azı pley-offa vəsiqəni təmin edib.

Bu, Azərbaycan futbol tarixində yeni səhifədir. “Qarabağ” avrokuboklardan çıxan ilk təmsilçimiz olub. Ağdam klubu mövsümün bahar hissəsində də mübarizə aparacaq. 1994-cü ildə qitə səhnəsinə çıxan klublarımız bunadək heç vaxt mövsümün ilk hissəsini uğurla adlamamışdı. Əksər avrokubok rekordları və ilklərinin müəllifi olan Qurbanovlu “Qarabağ” yeni yaradılan turnirə də öz damğasını vurub. “Bazel”lə 1-ci yer uğrunda mübarizə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR