Radamel Falkao 4 ölkədən təklif alıb

Radamel Falkao 4 ölkədən təklif alıb
# 03 avqust 2021 10:21 (UTC +04:00)

“Qalatasaray”ın hücumçusu Radamel Falkao komandasını dəyişməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikolo Skira paylaşımında məlumat verib.

Onun sözlərinə görə, kolumbiyalı ulduz futbolçu “Braqa”dan (Portuqaliya) həmçinin, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Səudiyyə Ərəbistanından təklif alıb. Türkiyə klubu da yüksək maaşı səbəbindən 35 yaşlı forvardla yollarını ayırmaq niyyətindədir.

Qeyd edək ki, Radamel Falkao 2019-cu ilin yayından “Qalatasaray”da çıxış edir. O, ötən mövsüm 18 oyunda 9 qol vurub, 2 məhsuldar ötürmə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR