“Real” “El Klasiko”da 2 futbolçusunu itirib

Tibo Kurtua

© APA | Tibo Kurtua

# 25 oktyabr 2021 12:26 (UTC +04:00)

İspaniya La Liqasının X turunda “Barselona” üzərində səfər qələbəsi qazanan “Real” (2:1) ciddi itki yaşayıb.

Apasport.az saytının məlumatına görə, “Nou Kamp”dakı “El Klasiko”da “kral klubu”nun iki futbolçusu zədələnib.

Bunlar qapıçı Tibo Kurtua və yarımmüdafiəçi Federiko Valverdedir. İkinci hissədə oyuna qoşulan Valverde cəmi 20 dəqiqə meydanda qala bilib. 23 yaşlı orta sahə oyunçusu dizindəki zədə səbəbindən əvəzlənib. Kurtua isə bir epizodda topa zərbə vurarkən sağ ayağında ağrı yaranıb. Hər iki oyunçunun durumuna əlavə müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, La Liqada 20 xalla ikinci pillədə qərarlaşan “Real” növbəti oyununu oktyabrın 27-də “Osasuna”ya qarşı keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR