“Real” Erlinq Halandla anlaşıb

“Real” Erlinq Halandla anlaşıb
# 22 iyun 2021 17:20 (UTC +04:00)

İspaniyanın “Real” klubu norveçli futbolçu Erlinq Halandla anlaşıb.

Apasport.az saytının məlumatına görə, Dortmund “Borussiya”sının ulduz hücumçusu La Liqa təmsilçisinə keçməyə razılıq verib.

Tərəflər transferin bu yay gerçəkləşməsi barədə anlaşma əldə edib. Lakin Halandın “Real”a keçidi üçün iki klub arasında razılığın olmasıdır.

Madrid klubu hələlik almaniyalılarla ortaq məxrəcə gələ bilmir. Dortmundlular Haland üçün 175 milyon avro tələb edirsə, “Real” yalnız 110 milyon verməyə hazırdır.

Qeyd edək ki, “Borussiya”nın istədiyi məbləği ödəməyə yalnız bir klub hazırdır. Bu, İngiltərə “Çelsi”sidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR